Yaponiya Rusiyaya qarşı yeni sanksiya paketi hazırladı

Yaponiya Rusiyaya qarşı yeni sanksiya paketi hazırladı

Yaponiya İqtisadiyyat Nazirliyi Rusiyaya sanksiyalar tətbiq edib.

“Ictimaixeber.com” xarici mediaya istinadən xəbər verir ki, yeni sanksiyalar paketinə əsasən, Tokio Rusiyaya ixracı qadağan edilən malların siyahısını 758 mövqedə genişləndirib.
Sanksiya paketi avqustun 9-dan qüvvəyə minəcək.


Məhdudiyyətlər fotoqrafiya və çəkiliş üçün materiallara, eləcə də işlənmiş geyimlərə şamil edilir. Həmçinin, Rusiyaya kimyəvi məhsullar, plastik, rezin və ondan hazırlanmış məmulatlar, məsələn, iri nəqliyyat vasitələri üçün təkərlər, həmçinin elektrik malları, lokomotivlər və dəmir yolu vaqonları idxalı qadağan ediləcək.

Nazirlik həmçinin Rusiyaya ağac və ağac məmulatlarının, kağız və kartonun, çertyoj və diaqramların, daş, gips, sement, qoyun və heyvan tükləri, pambıq və pambıq məmulatlarının idxalını qadağan edib. Sanksiya siyahısına metallar: mis, nikel, alüminium, qurğuşun, sink, qalay, eləcə də adi metallardan hazırlanan məhsullar da daxil edilib.