Cənnətdəki mələk

sosial sebeke

Aprel döyüşlərində şərəflə öz adını tarixə yazan Rasim Məmmədovun adı indi hamı üçün əzizdir.

Onun adı, qəhrəmanlığı bir elin, bir xalqın tarixinə əbədi həkk olunmuşdur.
Rasim Əbdül oğlu Məmmədov 20 may 1977-ci ildə Naxçıvanın Babək rayonunun Cəhli kəndində ziyalı bir ailədə dünyaya gəlmişdir. Rasim Məmmədovun atası Sədərək döyüşlərində qazi olmuşdur. Çox qəribə bir taleh yaşayır bu ailə. Beləki, Əbdül Məmmədov müharibədə aldığı zədə nəticəsində 24 ildən artıq əlil arabasında ömür yaşadı və 2016-cı ilin 25 aprel günündə oğlunun şəhidliyindən 24 gün sonra vəfat etdi. Rasim Məmmədov 1983-1994-ci illərdə Cəhri kənd orta məktəbində tam orta təhsil alır. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olur və 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə bitirdi.
Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini N saylı hərbi hissədə davam etdi. Leytenant Rasim Məmmədov 2000-ci ildən 2001-ci ilə qədər N saylı hərbi hissədə "təlim taborunun tuşlayıcı tağımının komandiri”, 2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi hissədə "təlim döyüş tankları" tağımının komandiri vəzifələrində çalışdı.
2002-ci ildə Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə baş leytenant rütbəsi alan Rasim Məmmədov, həmin ildən 2005-ci ilə qədər N saylı nömrəli hərbi hissədə "tank" tağımının komandiri vəzifəsində çalışdı. Baş leytenant rütbəsi almasından 3 il sonra, 2005-ci ildə Rasim Məmmədov Səfər Əbiyevin əmri ilə kapitan rütbəsi aldı və N saylı hərbi hissədə "Mexanikləşdirilmiş bölük" komandiri vəzifəsində çalışdı. Kapitan Rasim Məmmədov 2007-ci ildən 2010-cu ilə qədər başqa hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi, 2010-cu ildən 2011-ci ilə qədər isə həmin Motoatıcı Taborun rəisi vəzifəsində çalışdı. Daha sonra o, bir müddət digər hərbi hissənin Motoatıcı Taborun Qərargah rəisi kimi xidmət etdi. Elə həmin ildə, 2011-ci ildə Rasim Məmmədov Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə mayor rütbəsi aldı.
2011-ci ildən 2012-ci ilə qədər N nömrəli hərbi hissədə Motoatıcı Taborun komandirinin müavini, 2012-ci ildən 2014-cü ilə qədər isə, həmin hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışan mayor Rasim Məmmədov 2014-cü ildən 2015-ci ilə qədər, həmin hərbi hissənin 2-ci Motoatıcı Taborun komandiri kimi xidmət etdi. Bu illlər ərzində mayor Məmmədov bir sıra rayonların N saylı hərbi hissələrində çalışır: Gəncə, Tərtər, Füzuli, Lənkaran, Astara, Füzuli rayonunun Şükürbəyli kəndində. 18 aprel 2015-ci ildən, şəhid olduğu günə qədər isə mayor Rasim Məmmədov N saylı hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışdı.
2016-cı il 4 aprel... Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhidlik zirvəsinə uçalır. Aprelin 5-də Rasim Məmmədov doğulduğu Babək rayonunun Cəhri kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər rayon ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və mayor Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
2000-ci ildə Samirə xanımla ailə qurmuşdur 2 övladı yadigar qalıb: Asim və Aysu. Rasim Məmmədov xidməti dövürdə "Qüsursuz xidmətə görə" III dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illyi yubley” (2004), “Azərbaycan Silahlı Qüvvələrinin 90 illyi yubley” (2008), “Azərbaycan Silahlı Qüvvələrinin 95 illyi yubley” (2013), medallarla təltif olunmuşdur. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda" (2006) və "Qüsursuz xidmətə görə" II dərəcəli (2016) medalı ilə təltif edildi.
Bu gün şəhidin ömür gün yoldaşı Samirə xanım kimi minlərlə şəhid xanımları, Aysu və Asim onların simasında minlərlə şəhid övladlrı atalarının qəhrəmanlıqları ilə qürur duyurlar. QƏHRƏMANLAR ölmür! Onlar əbədi yaşayırlar.
Məkanın cənnət olsun. Nur içində yatasan mayor şəhid qardaşım!
Yeganə Telmanqızı

SON XƏBƏRLƏR