Məhəməd Peyğəmbər (ə.s. ) buyurur: Hər bir yaxşı əməl ehsandır.
Əziz oxucu İctimai xəbər.com sayıtının təşkilatçılığı ilə 24.04.2019-cı il tarixində saat 18:00-da “Şamlıq” restoranında Serebral iflic xəstəliyindən əziyyət çəkən Nəcibə Azər qızı Əsgərovanın “Gələcəyə ümidlə” adlı xeyriyyə tədbiri keçirildi.
Tədbirdə bir sıra müğənnilər, Qarabağ qaziləri, şəhid ailələri, hərbiçilər, bir sıra idmançılar, ictimayyət nümayəndələri, sayıt rəhbərləri iştirak edirdilər.
Təşkilatı dəstək Vetenperverler.Az, Dövlət Xəbərləri, İÇ xeberleri. İnfo, Şəbəkə TV məxsusdur. Tədbir Rəvan Zeynalovun və Sevda Bəxtiyarqızının təqdimatında keçirildi. Təşkilatçı Zamid Alışov, icraçı İlkin Cəfərov. Tədbirə kömək etdiklərinə görə “Damla”, “Cansu”, “Kardaşlar” un məlumatlarına öz təşəkkürümüzü bildiririk.
Qarabağ qaziləri, müğənnilərə və sıra ictimayyət nümayəndələrinə təşəkkürnüamələr verildi.
Sonda tədbirə gələn qonaqlar tərəfindən Nəcibə Azər qızı Əsgərovanın müalicəsinə görə müəyyən miqdarda maddi köməklik olundu.
Yeganə Telmanqızı


























