SON DƏQİQƏ: Bakıda və rayonlarda 6bal gücndə zəlzələ oldu - regionlarda insanlar evlərini tərk etdi (VİDEO)

sosial sebeke

 SON DƏQİQƏ: Bakıda və rayonlarda 6bal gücndə zəlzələ oldu - regionlarda insanlar evlərini tərk etdi (VİDEO)Azərbaycanda zəlzələ baş verib. Məlumata görə, zəlzələ bir neçə rayonla yanaşı Bakıda da hiss olunub. Yeraltı təkanlar bir neçə saniyə davam edib.

Zəlzələ daha çox İsmayıllı, Şamaxı, Qobustan rayonlarında hiss olunub. Sakinlər evlərini tərk edib

Təbii fəlakətlə bağlı hələ ki, rəsmi məlumat yoxdur.

****

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi respublikamızda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Mərkəzdən Qaynarinfo-ya verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-6 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və təlafatın olub-olmaması ilə bağlı məlumat verilmir.

SON XƏBƏRLƏR