Ötən gün Xətai rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Milli.Az bildirir ki, bu barədə qafqazinfo-ya Xətai Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, II Zeytun küçəsi 285 nömrəli evdə yaşayan 1980-ci l təvəllüdlü Sadıqov Emin hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Polis və prokurorluq orqanları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyit ekspertizaya göndərilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Bakıda 38 yaşlı kişi faciəvi şəkildə öldü
sosial sebeke

















