Avropa.info xəbər verir ki, Türkiyə Fərat çayının şərqində PKK/YPG terrorçularından təmizləyərək, əsl sahiblərinə qaytarmaq üçün çalışdığı bir zamanda Vaşinqtonda ABŞ, Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərə xarici işlər nazirləri bir araya gələrək terrorçulara dəstək vermək istiqamətində bəyannamə imzalayıb.
Bu ölkələr bir araya gələrək Suriya məsələsini müzakirə edərək, birgə əməkdaşlıq barədə razılığa gəlib.
Görüşün yekunu ilə bağlı ABŞ Dövlət Departamentinin vasitəçiliyi ilə mətbuata açıqlama verilib.
Türkiyənin Mənbiç və Fərat çayının şərqində PKK/YPG terrorçularına qarşı hazırlanan əməliyyatına mane olmağa yönəlmiş bu açıqlamada BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı, diplomatik və beynəlxalq hüquq normaları çərçivəsində BMT-nin fəaliyyətinə dəstək verilməsi qeyd olunub.
7 ölkənin birgə açıqlamasında qeyd olunub ki, bölgədə sabitliyi pozmaq və ya hərbi yolla məsələni həll etmək istəyənlər bu hərəkətləri ilə ancaq bölgədə gərginliyin və toqquşma riskini artıracağını düşünür. Bu firkilrərlə həmin ölkələr əslində Türkiyənin terrorla mübarizəsinə mane olmağı hədəfləyib.
Qeyd edək ki, ABŞ-ın “Wall Street Journal” mətbu orqanı ötən həftə Vaşinqtonun qərbli müttəfiqləri ilə Suriyada yeni qüvvə formalaşdıraraq, Fərat çayının şərqində Türkiyə sərhədinə paralel bufer zona yaradılması haqqında plan hazırladığını yazıb.
Mətbu orqanının yazdığına görə, Tramp hakimiyyəti PKK/YPG terrorçularını müdafiə etmək üçün ortaya atdığı bufer zona ilə bağlı planına əsasən terrorçular Qərb ölkələri tərəfindən formalaşdırılan qüvvələr tərəfindən müdafiə olunmalıdır. Plana əsasən, Suriyadan qoşunlaırnı çəkən ABŞ, bunun əvəzinə həmin bölgəyə Fransa, İngiltərə və Avstraliyadan gələcək hərbçiləri yerləşdirilir.


















