Əlzamın böyük döyüşlərdə vətənpərvər oğul kimi döyüşdü.
Əlzamin Yusif oğlu Yusifov1966-cı il fevralın 20-də Ağdam rayonu Qiyaslı kəndində sadə zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya gəlmişdir. Əlzamin ailənin sevimli övladı idi. İlk orta təhsilini kənd orta məktəbində alır. 8-ci sinifini bitirib Ağdam 50 saylı orta texniki peşə məktəbində dülgər peşəsinə yiyələnir. Uşaq ikən ailənin çətin vəziyyətini dərk edən Əlzamin məktəbi bitirən kimi dilgər kimi əmək fəaliyyətinə başlayır. 1986-1988-ci illərdə Monqolustan Xalq Respublikasında həqiqi hərbi xidmət keçir. O burada döyüş yolu keçir və gizir rütbəsi alır. Xidmətini başa vurduqdan sonra böyüyüb boya-başa çatdığı Ağdam rayonu Qiyaslı kəndinə qayıdır. Hərbi xidmətdən qayıtdıqdan sonra ailəyə kömək etmək məqsədi ilə dülgər sənətini ilə əmək fəaliyyətini davam etdirir və Ağcabədi rayonunda özü üçün bir sex açır. Bu illərdə Azərbaycanın başı üstünü qara buludlar alır. Mənfur erməni düşmənləri Qarabağa göz tikir. Azərbaycanın cəsur oğulları könüllü batalyon yaradır. Vətənini, torpağını sevən Əlzamin bu orduya qoşulur və böyük bir döyüş yolu keçir.
1991-ci ildən “N”saylı hərbi hissədə döyüşür, özünü cəsur, qorxmaz döyüşçü kimi göstərən Əlzamin çox qısa zaman ərzində komandirlərin, döyüş dostlarının hörməti qazanaraq, sevimli bir döyüşçüyə çevrilir. O Şuşa, Daşalıtı, Muğanlı, Fərrux, Əsgarani, Kurapatkin,Əmralılar, Pircamal, Naxçıvanik, Aranzəmin, Qazançı istiqamatlərində döyüş yolu keçir. Azərbaycanın Mlli Qəhrəmanı Allahverdi Bağırovun yaratdığı milli ordudada vuruşur. 1991-ci ilin mart ayında Şahbulaqda Azərbaycanın Mlli Qəhrəmanı Şirin Mirzəyev könüllü milli ordu yaradır və Əlizamində bu orduda döyüş yolu keçir. Bu dəstəyə“dəmir yeyənlər”dəstəsi deyirmişlər. Şahbulaqda post qururlar və ordunun əsgərləri bu postu qoruyurlar. 1992-ci il 15 iyul... Ağdərə rayonunun Sırxavənd və Kican kəndi uğrunda gedən ağır döyüşdə Əlzamin və səkkiz döyüş yoldaşı ilə birlikdə mühasirəyə düşdü və cənazələri itkin düşdüyü üçün dəfn olunmadılar.
Əlzaminin Yusifovun anası Mərziyyə anayla danışmaq mənim üçün çox çətin və çətin olduğu qədərdə qürurlu idi. Onunla həmsöhbət oldum:
- Qızım oğlumun itkinsindən sonra mən demək olar ki, yaşamıram. Vətənini, xalqını, torpağına bağlı, həmdə çox zəhmətkeş, ürəyi açıq, hamıya kömək edən bir oğul idi. Gözəl dülgər idi, kimki ev tikdirirdi çox vaxt pay onun evinə qapı, pencəri düzəldib verirdiki hamının evi olsun. Qiyaslı kəndindən səkkiz uşaq getdi vuruşdu və onlarda mühasirəyə düşdülər. Bu gündə mən, baçıları, qardaşları, bütün qohum-əqraba Əlzaminin yolun gözləyirik.
Müəllifdən: Sözün düzü bu nurani, anaya söz tapmadım deyəm. O Vətənimiz, xalqımız, dövlətimiz üçün dəyərli bir övlad böyüdüb.
Əlzamin yenilməz döyüşçü kimi qəlblərdə yaşayacaq. Mərziyə ana üçün oğul itkisi çox ağırdı, əllərinizdən öpürəm MƏRZİYYƏ ANA! Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
“İctimaixəbər.com”






















