Dağıstanın Çaroda rayonunda avtomobildə qaz partlayışı baş verib.
Unikal.org xəbər verir ki, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
Xəsarət alanlar arasında uşaqlar da var. Bir nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Zərər çəkənlər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qazla işləyən avtomobildə partlayış: 7 yaralı
sosial sebeke

















