Rusiyada benzin BAHALAŞDI

Rusiyada benzin BAHALAŞDIRusiyada benzinin qiyməti sabit qalmır. Statistika komitəsinin (Rosstat) məlumatına görə, mayda qonşu ölkədə yanacağın qiyməti 17,5 faiz artıb.

Unikal.org xəbər verir ki, bahalaşma bir çox neft-qaz məhsullarından da yan keçməyib. Məsələn, propanın, butanın, neft koksunun qiymətində də yüksəlmə var.

“Rosstat” ayrı-ayrı bölgələr üzrə qiymət qrafikini təqdim edib. Ən çox Kızıl şəhərində yüksəlmə olub (1,4 faiz). Kostromada, Çitada da qiymət artıb. Azalma isə daha çox Sevastopolda, Qorno-Altayskda, Simferopolda olub.

Moskva və Sankt-Peterburqda da artım qeydə alınıb. Təkcə son bir həftədə Rusiyanın əsas şəhərlərində 0,3 faiz qiymət fərqi yaranıb.