Axtarışda olan iki qadın terrorçu saxlanıldı

Axtarışda olan iki qadın terrorçu saxlanıldıSuriyadan Türkiyəyə qanunsuz yolla keçməyə çalışan iki qadın 9 uşaqla birlikdə Şanlıurfa vilayətinin Akçakale rayonu ərazisində saxlanılıb.

Unikal.org xəbər verir ki, Türkiyə KİV-lərinin yaydığı məlumata görə, araşdırma zamanı saxlanılan qadınların İnterpol tərəfindən beynəlxalq axtarışda olduqları müəyyən edilib.

Məlum olub ki, onlar İŞİD terror qruplaşmasının üzvləridir. Bildirilib ki, ərləri Suriyada öldürülən rusiyalı qadınlar Türkiyə ərazisindən Rusiyaya getmək istəyiblər.