Şəhid qızı Zeynəbin atasına ad günü təbriki FOTO-VİDEO

Yaşasaydı Telman Miiriyevin 38 yaşı tamam olurdu.
İctimaixəbər.com xəbər verir ki, 19.07.2019-cı il tarixində facilə şəkildə həlak olan polkovnik-leytenantımızın doğum günü idi. O, 1981-ci ildə iyul ayının 19-da Cəlilabad rayon Günəşli kəndində anadan olub. Telman Günəşli kənd orta məktəbinin yeddinci sinifini bitirdikdən sonra C.Naxçıvanski adına məktəbdə, daha sonra isə Ali Hərbi Akademiyada oxuyub. Telman zabit kimi ilk olaraq Gəncə şəhərində N saylı hərbi hissədə işə başlayıb. Sonra Amerikada kurs keçib. Telman Miriyev Ağdam, Bərdə və Bakıda zabit kimi işləyib və 2016-ci ildə Aprel döyüşlərində fəal iştirak edən zabitlərimizdən biri olub. Mərhum zabitimiz 25 iyun 2014-cü ildə mayor rütbəsində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə
dəfələrlə medallarla və fəxri fərmanlarla təltif edilib.
2016-ci ilin oktyabr ayının 27-də saat 16:00 radələrində Azərbayca Silahlı Qüvvələri öz polkovnik-leytenantını faciəvi şəkildə itirdi. Belə ki, Cəlilabad rayon Günəşli kəndindən olan polkovnik-leytenant Telman Mirbaba oğlu Miriyev hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.
Telman Miriyevin ailəsi Cəlilabad rayonu Günəşli kəndində zabitin adına ehsan süfrəsi verdi və qəbir üstü abidəsi ziyarət olundu, adına dualar oxundu.
Telmanın ailəsi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən, Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban xanım Əliyevadan Telman Miriyevə şəhid adının verilməsini xahiş edir. Telman ömrünün sonuna qədər Vətəninə, xalqına, dövlətinə ləyaqətlə xidmət etmiş zabit olmuşdur.
Yeni yaşın mübarək. Nur içində yatasan Polkovnik-leytenant qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq![/b]
Mərhumun 8 yaşlı qızı Zeynəb atasının məzarı üstündə atası haqqında seir söylədi. İndi isə sizlərə o video materialı təqdim edirik.

[b]Yeganə Telmanqızı

“İctimaixəbər.com”

Şəhid qızı Zeynəbin atasına ad günü təbriki  FOTO-VİDEO
Şəhid qızı Zeynəbin atasına ad günü təbriki  FOTO-VİDEO
Şəhid qızı Zeynəbin atasına ad günü təbriki  FOTO-VİDEO
Şəhid qızı Zeynəbin atasına ad günü təbriki  FOTO-VİDEO
Şəhid qızı Zeynəbin atasına ad günü təbriki  FOTO-VİDEO
Şəhid qızı Zeynəbin atasına ad günü təbriki  FOTO-VİDEO