Tanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTO

Tanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTO
Tanınmış telejurnalist Yusif Kərimlinin oğlu ölümdən dönüb.

ictimaixeber.com ölkə.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Anar Tağıyev məlumat verib:

"Teleaparıcı Yusif Kərimlinin azyaşlı övladı dünən çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır".

Qeyd edək ki, Yusif Kərimli "Xəzər" telekanalında çalışır. O, bu telekanalda bir sıra verilişlərin aparıcısı və redaktoru olub.