Bakıda itkin düşən bacı-qardaş oğurlanıb - Anasından ŞOK AÇIQLAMA - YENİLƏNİB

Bakıda itkin düşən bacı-qardaş oğurlanıb - Anasından ŞOK AÇIQLAMA - YENİLƏNİB

Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında yaşayan bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və itkin düşüblər.

Ictimaixeber.com bildirir ki, Unikal.org-a açıqlama verən uşaqların anası Çiçək Aslanova övladlarının oğurlandığını bildirib:

"Mənim öz günahıma görə, övladlarımı oğurlayıblar. Deməli işlədiyim kafeyə bir qadın gəldi ki, acam. Yanında övladı da var idi.Dedi ki, Bərdə rayonundanam.Həyat yoldaşım rəhmətə gedəndən sonra qardaşlarım məndən imtina edib.Yemək verdim.Dedim arada gəlin evimdə çimin.Bunu gətirdim evimə yemək verdim.Axşam yatdıq.Səhər oyananda gördüm həmin qadının övladı yatır.Ürəyim gəlmədi oyadım.Sonra qadına dedim ki, mən işə gedirəm, axşam gələcəm. Ona dedim ki, övladı oyananda yemək yeyib çıxıb gedərlər.Sonra mən işlədiyim kafeyə getdim.Sonra narahat olduğum üçün yaxında qalan tanışıma dedim ki, gedib evimə baxsın. Həmin tanışım evimə gedəndən sonra dedi ki, həmin qadın kirayə qaldığım evdən uşaqlarımı oğurlayıb.Onun uşaqlarımı necə aparması kameralara düşüb. Polisdə həmin görüntülər var.Araşdırma aparılır."

---------

11:44

Bakıda azyaşlı bacı-qardaş itkin düşüb.

Ictimaixeber.com APA-ya istinadlən xəbər verir ki, Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər.

Hadisə baş verən vaxt uşaqların anası işdə olub.

Faktla bağlı Binəqədi rayon 43-cü polis bölməsinə müraciət olunub.

Uşaqlarla bağlı hansısa məlumatı olanlardan 055-904-99-99 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Ictimaixeber.com