Sumqayıt şəhərində növbəti bayram şomen Vüqar Ulusoyun təqdimatında

Sumqayıt şəhərində növbəti bayram!
İctimaixəbər.com xəbər verir ki, Sumqayıt şəhərinin yaranmasının 70 illik yubleyi ilə əlaqədar şəhərin müxtəlif müəssisə və idarələrində mütamadə olaraq silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biridə 25.08.2019-cı il tarixində Əməkdar incəsənət xadimi Aslan Fətullayevin rəhbərliyi və təşkilatçılığı ilə Sumqayıt şəhər “Dostluq” klubunun müəllim və şagirdlərinin iştirakı ilə Sumqayıt şəhər dəniz kənarı bulvarda yerləşən yay səhnəsində keçirildi. Sumqayıt sakinləri üçün yaradılan bu konsertdə həmişə öz maraqlı ifaları və şouları ilə seçilən gənc şomen, aparıcı və müğənni Vüqar Ulusoy müxtəlif performans və çıxışlarla tamaşaçıların könlünə oxşadı. Onu da xatırladaq ki, Vüqar Ulusoy dəfələrlə Sumqayıtda təşkil olunan konsertlərdə aparıçı və müğənni kimi çıxış edib.
Konsert tədbirində müxtəlif rəqslər, seirlər, bir-birindən gözəl ifalar tamaşaçılar tərəfindən böyük coşğu ilə qarşılandı.

Yeganə Telmanqızı
İctimaixəbər.com

Sumqayıt şəhərində növbəti bayram şomen Vüqar Ulusoyun təqdimatında
Sumqayıt şəhərində növbəti bayram şomen Vüqar Ulusoyun təqdimatında