Tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

14.09.2019-ci il tarixində yeni mövsümdə ilk verlişimizi izləyə bilərsiz.
Həftənin şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində canlı olaraq yayımlanacaq.
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıda göstərilmiş maddələri təhlil olunacaq:
Maddə 1-28. Nigahın bağlanması, ləğvi, etibarsızlığı və xitamı.
Mövzu ilə bağlı normativ hüquqi aktların izahı, habelə mövzudan kənar istənilən digər hüquqi məsələnin şərh olunması ilə əlaqədar dəyərli oxucularımız və tamaşaçılarımız suallar ünvanlaya bilərlər. Verilşə ünvanlanmış suallara nüfuzlu hüquqşünaslar və müvafiq sahənin mötəbər ekspertləri ətraflı cavab verəcəklər.
Bu dəfəki verlişimizin qonaqlarını təqdim edirik:
1. BDU-nin hüquq fakültəsinn Mülki hüquq kafadrasının müdiri, professor Məhəbbət Dəmirçiyeva.
2. Gənclərlə İnnovativ və sosial dəstək ictimai Birliyinin sədri – Ülviyyə Murtuzova.
3. Hüquq müdafiəçisi – Sədaqət Paşayeva;
4. Tanınmış hüquqşünas – Şahin Məmmədov.
5. Tanınmış tarixçi - Qələndar Muxtarlı

Yeganə Telmanqızı
“İctimaixəbər.com”