Metroda silahlı insident

ABŞ-ın Vaşinqton ştatının Siettl şəhərində baş verən atışma nəticəsində ən azı bir nəfər ölüb.

İctimaixəbər.com xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 13-dən 14-ə keçən gecə naməlum şəxs metro stansiyada insanlara atəş açıb.

Hadisə nəticəsində ən azı üç nəfər yaralanıb, biri xəstəxanada ölüb.

Polis şübhəli bilinən şəxsin axtarışını aparır, istintaq başlayıb.