Maraqlı aksiya- Eyvanlara Bayraq Asaq!
Əziz oxucu bu gün Abşeron rayonu Xırdalan şəhərində maraqlı bir aksiyayanın şahidi oldum. H.Əliyev 31 ünvanında bütün həyətlərdə Azərbaycanın və qardaş Türkiyənin qürurveriçi bayraqları asılmışdır.. Bu gözəl aksiya haqqında şəhər sakini, təqütçü Vaqif Bəşirov məlumat verdi: -Yeganə xanım bildiyiniz kimi bu gün 15 sentyabr biz ən şanlı bir günü yaşayırıq. Bakının azad edilməsinin 101 ili tamam olur. Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biri, 15 sentyabr 1918-ci il tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib. Bu gün tariximizə qızıl hərflərlə yazılıb. Bizim prospektdə 11 evin qarşısında Azərbaycan və türk bayraqlarını asmağı özümüzə borc bildik. Biz hamıya tövsiyə edirik ki, hərəmiz eyvanımızdan bir bayraq asaq.
Bizdə İctimaixəbər.com informasiya portalı olaraq bu aksiyanın təşəbbüskarı olan Vaqif Bəşirov və zəhməti keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.
Yeganə Telmanqızı
“İctimaixəbər.com


















