Tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

sosial sebeke

Tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni həftənin şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində canlı olaraq yayımlanacaq.
Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 43 – 74-cü maddələrini əhatə edən “Uşağın mənşəyinin müəyyən edilməsi, valideynlik hüquqlarının məhdudlaşdırılması, valideynlik hüquqlarından məhrum etmə və bərpası” mövzusu təhlil olunacaq.
Mövzu ilə bağlı normativ hüquqi aktların izahı, habelə mövzudan kənar istənilən digər hüquqi məsələnin şərh olunması ilə əlaqədar dəyərli oxucularımız və tamaşaçılarımız suallar ünvanlaya bilərlər. Verlişə ünvanlanmış suallara nüfuzlu hüquqşünaslar və müvafiq sahənin mötəbər ekspertləri ətraflı cavab verəcəklər.
Bu dəfəki verlişimizin qonaqlarını təqdim edirik:
1. Bakı Dövlət Universitetinin Hüquq fakultəsiin Mülki hüquq kafedrasının müdiri, professor
Məhəbbət Dəmirçiyeva.
2. Psixoloq – Gülşən Rüstəmova.
3. “Gənclərə innovativ və sosial dəstək” İctimai birliyinin sədri – Ülviyyə Murtuzova.
4. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil – Esmira Hüseynova.
5. Tanınmış hüquqşünas – Şahin Məmmədov.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

SON XƏBƏRLƏR