Ucarda yol qəzası baş verib.
İctimaixəbər.com xəbər verir ki, hadisə bu gün Bakı-Qazax yolunun 220-ci kilometrliyində, rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı yük maşını Ucar istiqamətində hərəkətdə olarkən arxadan gələn mişar daşı ilə dolu “KaMAZ” markalı yük maşını ona çırpılıb. Nəticədə, “KaMAZ” yoldan çıxaraq aşıb.
Hadisə zamanı “KaMAZ”ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti ilə Ucar RMX-na yerləşdirilib.
Ucarda yük maşını aşdı
sosial sebeke

















