2.10.2019-ci il tarixində Hindistanın Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə Mahatma Qandinin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirildi.
İctimaixəbər.com xəbər verir ki, 2 Oktyabr 2018-ci il tarixindən etibarən bir il müddətində təşkil olunan silsilə tədbirlərin tərkib hissəsindən biri də Azərbaycan Dillər Universitetində təşkil etmişdi.
Milli Məclisin deputatı cənab Rüfət Quliyev, Azərbaycan Dillər Universitetinin Prorektoru Dr. Jalə Qəribova, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan-Asiya əlaqələri şöbəsinin rəhbəri cənab Bədirxan Əhmədov tədbirdə çıxış edərək Qandi ideologiyasının bugünkü dünya üçün aktuallığından bəhs etdi.
Hindistan səfiri cənab B.Vanlavavna Mahatma Qandinin 150-ci ildönümü tədbirinə ev sahibliyi etdiyi üçün Azərbaycan Dillər Universitetinə minətdarlığını bildirdi. Səfir, Qandinin qeyri-zorakılığın 5 əsas prinsipləri, hörmət, anlayış, qəbul, dəyər vermə və mərhəmət və bu prinsipləri mənimsəməyin bugünkü dünya üçün əhəmiyyətindən danışdı.
Tədbir zamanı “Mahatma Qandinin həyatına baxış” adlı katoloq buraxıldı. Və katoloqun ərsəyə gəlməsində xüsusi əməyi olan Azərbaycan Rəssamlar İttifaqının qrafika şöbəsinin rəhbəri, xalq rəssamı, professor, Arif Hüseynov və Azərbaycan Rəssamlar İttifaqının üzvüləri sərginin təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar və bir qrup ziyalılar Hindistan və Azərbaycan əlaqələrinin inkişafı üçün uğurlu işlərinə görə təşəkkür əlaməti olaraq plaketlə təltif olundular. Sonda iştirakçlar sərgi ilə tanış oldular.
Yeganə Telmanqızı
“İctimaixəbər.com”




















