Payız ilin ən gözəl fəsillərindən biridir.
Payız duyğuların dilə gəldiyi, sevgilərin etiraf edildiyi fəsildir. Bu fəsildə ayaqlar altında yarpaqların xışıltısını duymaq, xəyallara dalmaq, yenicə yağmış yağışın altında islanmaq insana sanki yenidən doğulmuş hissi verir. Təəssüf ki, bu gözəllik çox davam etmir. Qırmızı, sarı, narıncı yarpaqlar tökülür. Otlar saralır, güllər solur. Havalar günü gündən yağışlı, tutqun və soyuq olmağa başlayır. Payız fəslinə el arasında "qızıl payız" da deyirlər. Payız ruha sakitlik, duyğularımıza isə inanılmaz zövq verir. Qızıl payızı təbiətin bir möcüzəsi adlandırmaq olar.. Payızada sanki yerə sarı qızılı rəngli xalı döşənir. Çinar ağacının yarpaqları isə bu xalıya ayrıca bir naxış verir. Payızı duymaq, onu hiss etmək, insana bir başqa zövq verir. Payız fəsli başladığı gündən payız gecə-gündüz bərabərliyi yaşanır. Yarpaqların xəzan olduğu, təbiətin min-bir gözəlliyə büründüyü romantikanın fəsli. Təbiətin hələ tam boza bürünmədiyi, qışınsa qapıda gözlədiyi bir zamandır payız.
Bu, təbiətin qızıl dövrüdür buna görə də buna qızıl payız da deyirlər. Qızılı rəngdə xəzanların ayaqlarımıza dolaşdığı zamandı payız... Yağış, saralmış yarpaqlar, gözəl təbiət mənzərələri, narın yağan yagmurdan sonra burnumuza gələn torpaq qoxusunu bəzən sözlə belə ifadə etmək olmur.
Payız bərəkət fəslidir. Payız həm də arzuların, xəyalların, xatirələrin fəslidir. Payızda təbiət büründüyü rəngarəngliyi ilə qəlbləri riqqətə gətirir... Payız fəsli hər bir kəsə xoşbəxtlik gətirsin...
Yeganə Telmanqızı
“İctimaixəbər.com”
PAYIZ, sanki ağacları əlvan rənglərlə boyayan rəssamdır-Yeganə Telmanqızı yazır
sosial sebeke

















