“Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da “Dünya TV”-nin efirində canlı olaraq yayımlanır.
Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114 – 116-cı maddələrini əhatə edən “Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi, onların aşkar olunması, uçotu və yerləşdirilməsi” mövzusu təhlil olundu.
Mövzu ilə bağlı normativ hüquqi aktların izahı, habelə mövzudan kənar istənilən digər hüquqi məsələlər şərh olundu. Dəyərli oxucularımızın və tamaşaçılarımızın verilşə ünvanladığı suallara nüfuzlu hüquqşünaslar və müvafiq sahənin tanınmış ekspertləri ətraflı cavablandırdılar.
Bu dəfəki verlişimizin qonaqlarını təqdim edirik:
1. Bakı Dövlət Universitetinin Hüquq fakultəsiin Mülki hüquq kafedrasının
müdiri, professor Məhəbbət Dəmirçiyeva.
2. Azərbaycan Respublikasının əməkdar atisti – Nailə İslamzadə.
3. Psixoloq – Gülşən Rüstəmova.
4. “Gənclərə innovativ və sosial dəstək” İctimai birliyinin sədri – Ülviyyə Murtuzova.
5. Tanınmış hüquqşünas – Şahin Məmmədov.
Verlişin informasiya dəstəyi “İctimaixeber.com” və dünyatv.az sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə tam verlişin videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“İctimaixəbər.com”

























