Bakıda qəribə küçə adları var

sosial sebeke

Paytaxt Bakının bir neçə rayonunda qəribə küçə adları var.

İctimaixəbər.com xəbər verir ki, bəzi adlar ya sovet dövrünündə adlandırıldığı kimi qalıb, ya da insanlar arasında necə tanınınbsa, o formada da qeyd edilib.
Məsələn, Binəqədi rayonunda yerləşən "Keçid məhəllə", "Vtorçermet - Yusifzadə", "Rezervuar", "İzlivnoy", "Stroydetal", "2-ci dəmiryol küçəsi", "3-cü dəmiryol küçəsi", "1-ci - 15 ci sıra küçələri" də adları dəyişməyən küçələrdəndir. Əksəriyyəti sovet dövründən qalan bu küçələrin adları hələ də dəyişilməz olaraq qalır.
Sakinlərin sözlərinə görə, küçələrin adlarının belə adlandırılmasının özünəməxsus tarixi var. Lakin onlar da bu adın dəyişdirilməsinin tərəfdarıdır.
Bakı şəhər İcra Hakimiyyətindən isə bildirdilər ki, müraciətlər daxil olduqdan sonra bu məsələyə baxılır. Son illərdə bir neçə belə küçənin adı dəyişdirilib. Zamanla həmin küçələrin adlarının dəyişdirilməsi ilə bağlı mütləq tədbir görüləcək.

SON XƏBƏRLƏR