Tanınmış hüquşünas Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 26 oktyabr tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 136 – 145-ci maddələrini əhatə edən “Uşaqlar üzərində qəyyumluq və himayə”, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33 – 38-ci maddələrini əhatə edən “Qəyyumluq və himayəçilik” mövzuları araşdırılacaqdır.
Mövzu ilə bağlı normativ hüquqi aktların izahı, habelə mövzudan kənar istənilən digər hüquqi məsələnin şərh olunması ilə əlaqədar dəyərli oxucularımız və tamaşaçılarımız suallar ünvanlaya bilərlər. Verlişə ünvanlanmış suallara nüfuzlu hüquqşünaslar və müvafiq sahənin mötəbər ekspertləri ətraflı cavab verəcəklər.
Bu dəfəki verlişimizin qonaqlarını təqdim edirik:
1. Şahin Məmmədov – Tanınmış hüquqşünas.
2. Ülviyyə Murtuzova – “Gənclərə innovativ və sosial dəstək” İctimai birliyinin sədri.
3. İlkin Ağazadə – AR Vəkillər Kollegiyasının üzvü.
4. Yeganə Telmanqızı – İctimaixeber.com saytının baş redaktoru.
5. Gülşən Rüstəmova – Ailə psixoloqu.
Yeganə Telmanqızı
“İctimaixəbər.com”
Tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi
sosial sebeke

















