Bayraq Gününə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı sərgi-tədbir keçirildi.
"İctimaixəbər.com" xəbər verir ki, 06.11.2019cı il tarixində 18:00 da Azərkitab Kitab Mərkəzində 9 Noyabr Bayraq Gününə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı sərgi-tədbir keçirildi. Sərgi-tədbirin Layihə rəhbəri Elnurə İsgəndərova ,Təşkilatçı Aygün İsgəndərova sərgidə Milli Qəhrəman, Şəhidlərimiz və Vətənpərvərlik mövzusunda 40 rəssamın 50 işi nümayiş olunur. Tədbirin mənəvi dəstəkçiləri Daxili İşlər Nazirliyi, YAP-ın Yasamal Rayon Təşkilatı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi , Milli QHT Forumu, və 16 Qeyri Hökumət təşkilatları ilə birgə keçirilir.
Tədbiri giriş sözü ilə açan yazıçı, publisist, Milli Qəhrəman Səfiyar Behbudov adına Qürur Şəhid Ailələri və Xeyriyyə İB-nin icraçı direktoru Azər Hacıbəyli açaraq tədbirin mahiyyətindən geniş bəhs etdi. Daha sonra sözü Layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovalara verdi. Elnurə xanım çıxışında tədbirin ərsəyə gəlməsində başda Daxili İşlər Nazirliyi olmaqla bütün qrumlara təşəkkürünü bildirdi. Və bu layihəyə uzun müddətdir rəssamlara hazırlaşdıqlarını və ilk nüsxələrini təqdim olunduğunu bildirdi. Və çıxış üçün sözü Daxili İşlər Nazirliyinin Polis Palkovniki Əflatun Həsənova verdi Əflatun müəllim Elnurə və Aygün İsgəndərovalara bu günkü günümüz çox vacib olan vətənpərvərlik layihələrinə görə alqışladığını və təşəkkürünü bildirərək hər zaman dəstək olacaqlarını bildirdi. Daha sonra çıxış edənlərdən Türkiyə səfirliyinin basın müşaviri Hüseyn Altınalan Elnurə və Aygün İsgəndərovaların Türkiyə və Azərbaycan arasında qardaşlığında da öz töhfələrinin olduğu bildirdi. Çıxışçılardan Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev, Asif(Fred) Məhərrəmov adına fondun rəhbəri Ədalət Məhərrəmov, Milli Qəhrəman Səfiyar Behbudovun adına Qürur Xeyriyyə Cəmiyyətinin sədri Naibə Behbudova, və Şəhid ailələri çıxış edərək təşəkkürlərini bildirdilər.
Müəllifdən: "İctimaixəbər.com" informasiya xəbər portalının xüsusi müxbiri Yeganə Telmanqızı "Qarabağ Azərbaycandır" adlı sərgi-tədbirinsə Fəxri Fərmanla təltif olundu.
Yeganə Telmanqızı
"İctimaixəbər.com"






























