Bayrağım Kimliyimdir - FOTO

sosial sebeke

9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş "Bayrağım Kimliyimdir" adlı sərgi keçirildi.
“İctimaixeber.com” xəbər verir ki, 09.11.2019-cı il tarixində Şuşa Dövlət Musiqili Dram Teatrında 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş "Bayrağım Kimliyimdir" adlı sərgi keçirildi. Sərginin Layihə rəhbəri və təşkilatçısı Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərovalar ilk öncə Şuşa Teatrının Fəxri Dostu diplomuna layiq görüldükləri üçün təşəkkürlərini bildirdilər və sərginin mahiyyəti haqqında iştirakçılara və qonaqlara ətraflı məlumat verdilər. Daha sonra sərgidə gənclərə nümunə olan fəxri qonaqları öz çıxışlarında yeniyetmə və gənclərimizə Dövlətimizi , Bayrağımızı , Vətənimizi qorumağı özlərinə müqəddəs borc bilməli və heç bir zaman unutmamağı tövsiyyə etdilər. Sərgidə 70 müxtəlif yaş qruplarında olan gənc rəssamların tətbiqi və təsviri sənətin bütün növləri üzrə 100 işi sərgiləndi. Sonda iştirakçılar fəxri fərmanla təltif olundular.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

Bayrağım Kimliyimdir - FOTO
Bayrağım Kimliyimdir - FOTO
Bayrağım Kimliyimdir - FOTO
Bayrağım Kimliyimdir - FOTO
Bayrağım Kimliyimdir - FOTO
Bayrağım Kimliyimdir - FOTO
Bayrağım Kimliyimdir - FOTO

Bayrağım Kimliyimdir - FOTO
Bayrağım Kimliyimdir - FOTO

Bayrağım Kimliyimdir - FOTO

SON XƏBƏRLƏR