Psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

sosial sebeke

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

İctimaixəbər.com xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə diaqnostik qiymətləndirilmənin cari ilin dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq.

Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab bir balla qiymətləndiriləcək.

SON XƏBƏRLƏR