23 noyabr saat 14:30-da "Dünya TV"-nin canlı efirində ekranlarınızın qonağıdır.
Tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 23 noyabr tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133 – 1203-cü maddələrini əhatə edən “Vərəsəlik anlayışı, qanun və və vəsiyyət üzrə vərəsəlik, vəsiyyətnamənin forması, habelə mirasda məcburi pay” mövzusu təhlil ediləcəkdir.
Azərbaycan Respublikası və digər dövlətlərin qanunvericiliyində vərəsəlik institutu ilə bağlı normativ hüquqi aktların izahı, habelə mövzudan kənar istənilən digər hüquqi məsələnin həlli üçün dəyərli oxucularımız və tamaşaçılarımız verlişimizə suallar ünvanlaya bilərlər. Müvafiq sahənin mötəbər ekspertləri və tanınmış hüquqşünaslar sizin suallarınızı cavablandıracaqlar.
Bu dəfəki verlişimizin qonaqları Sumqayıt regional vəkil bürosunun vəkilləri: Anar Qasımlı, Günel Səfərli, Elşad İsayev, Nigar Hüseynova və tanınmış hüquqşünas Şahin Məmmədov olacaqdır.
Yeganə Telmanqızı
“İctimaixəbər.com”
Tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi
sosial sebeke

















