Azərbaycanın pauerliftinq milli komandasında yeni baş məşqçi təyinatı olub, bu, əməkdar məşqçi Azər Mustafayevdir.
İctimaixəbər.com bildirir ki, onun ilk ciddi sınağı 4-8 dekabr tarixlərində keçiriləcək WRPF, WEPF, WAF və WSF-in birgə keçirdiyi sayca beşinci dünya çempionatında olacaq. Həmin dünya çempionatı Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
Qeyd edək ki, əvvəl baş məşqçi statusunda Şəmsi Bayramov gedirdisə, onun təyinatı qeyri-rəsmi xarakter daşıyırdı.
Bundan başqa, Hafiz Verdiyev Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin köməkçisi təyin olunub.
Əməkdar məşqçi Azər Mustafayi təbrik edirik. yeni vəzifəsində ona bol-bol uğurlar arzulayırıq



















