Azərbaycana qışın gəlmə vaxtı açıqlandı

Qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub.

İctimaixəbər.com xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, ölkəmizə qış fəsli dekabrın 22-si saat 08:19-da qədəm qoyacaq.