BDU futzal komandası ölkə çempionu oldu

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 27 noyabr - 6 dekabr tarixləri arasında keçirilən ali məktəb tələbələri arasında futzal yarışı çərçivəsində BDU komandası ölkə çempionu olub.

İctimaixeber.com xəbər verir ki, belə ki, qrup mərhələsində BDU Futzal Komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Müsiqi Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universitetinin komandaları ilə qarşılaşıb və qrup lideri olaraq 1/4 final mərhələsinə adlayıb.

BDU futzal Komandası 1/4 final mərhələsində Bakı Mühəndislik Akademiyası və yarımfinalda Gəncə Dövlət Universitetinin yığmaları ilə baş tutan oyunlarda qələbə qazanaraq finala yüksəlib və Azərbaycan Dövlət İqtisad Universiteti ilə final qarşılaşması baş tutub.

BDU futzal komandası ölkə çempionu oldu