Ağdam İdman Klubunun prezidenti Dünya və Avropa çempionu Tural Cavadov HƏDƏFİMİZ QARABAĞDIR!

HƏDƏFİMİZ QARABAĞDIR!
Hər zaman bizim ürəyimiz, qəlbimiz vətən eşqi ilə döyünüb, ümumiyyətlə həyat fəaliyyətimdə hər zaman çalışmışamki qarşı tərəfdə və yaxutda ətrafda bizi görən gözlərə atdığım addımlarla nümunə olum. Doğulduğum Ağdam rayonunun adın Uca zirvələrdə tutmağı özümə şərəf bilmişəm. Bugün Ağdam İdman Klubunda 100 dən artıq idmançı məşq edir, onların içində şəhid və veteran ailələrinində övladı var, onlara bu yolda klubumuz tərəfindən heç bir maneə qoyulmayıb. Bizim vəzifə bocumuzdur ki, onlara qayğı göstərək. Mənim ən böyük istəklərimdən biridə Ağdam İdman Klubunun filialları Ağdamın kənd və qəsəbələrindədə fəaliyyət göstərsin. Biz addımlarımızı vətənimizin maraqlarına uyğun atırıq, çünki bizim torpaqlarımızın 20 faizi işğal altındadır, hədəfimiz Qarabağdır. Bunun üçün də gənclərimizi və yeniyetmələrimizi milli ruhda böyütməliyik. Bizim məqsədimiz klub olaraq Ağdam rayonunda hər bir ailənin övladını idmana cəlb etmək, orda onu gələcəyə igid bir əsgər və dövlətimizə layiqli bir idmançı yetişdirməkdir. Hal hazırda klublarımız Bakıda fəaliyyət göstərsədə inşallah bu arzulara yaxın bir gələcəkdə nail olarıq. Gücümüz birliyimizdir, əziz Ağdamlılar. Bu gün Ağdam rayonunun icra başçısı Vaqif Həsənov Ağdamın inkişafında bir icra başçısı kimi əlindən gələni edir, Ağdam bir neçə il bundan qabaq ki, Ağdam deyil. Həm kənd təsərrüfatı sistemində həmdə sosial rifahın yaxşılaşmasında, uğurlu nəticələr Vaqif müəllimin rəhbərliyi ilə hələ qarşıdadır.

Tural Cavadov