Heydər Əliyevin anım gününə həsr olunmuş dərs

Biz bu gün böyük iftixar hissi keçiririk ki, Azərbaycan bir müstəqil dövlət kimi, dünya birliyinin bərabərhüquqlu üzvü kimi Olimpiya Oyunlarında iştirak edir və ölkəmizin müstəqilliyini, azadlığını, suverenliyini bir daha nümayiş etdirir. Azərbaycanın milli bayrağını qaldırır, milli himnini səsləndirir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev.

İctimaixeber.com xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış olimpiya etiyatları uşaq-gənclər idman məktəbində cüdo üzrə məşqıçı müəllim Yengibar Əliyev bu günki dərsini Ulu Öndər Heydər Əliyevin anım gününə həsr etdi. Məşqi başlamamışdan öncə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məşqiçi müəllim Yengibar Əliyev idmançı şagirdlərə Ulu Öndərin keçdiyi şərəf yolundan və uğurlu fəaliyyətindən danışdı.
“Respublikanın Əməkdar məşqiçisi”, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülən, Sumqayıt şəhər cüdo üzrə baş məşqiçi Yengibar Əliyev “İctimaixeber.com” informasiya portalına verdiyi müsahibəsində bunları bildirdi:

-Yeganə xanım 6-8 dekabr tarixində Sumqayıt Olimpia İdman kompleksində yeniyetmələr arsında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə Beynəlxalq turnir keçirildi. Bu turnirdə Sumqayıt yığma komandası birinci yerə çıxdı. Bu günki dərsimiz açıq turnirin davamı olaraq Ulu Öndər Heydər Əliyevin anım gününə həsr etdik. Müstəq Azərbaycanın memarı, idmançılar üçün hər bir şərait yaradan və ata qayğısı göstərən dahi liderin azərbaycanlılar üçün, idmançlar üçün etdikləri əvəzolunmazdır. Bu gün hər birimizin borcudur ki, onun xatərəsini anaq və onu xatırlayaq. Böyüməkdə olan nəslə onun xidmətlərindən danışaq. Azərbaycan dövlətinin qurucusu və xilaskar lideri Heydər Əliyevə Allah rəhmət eləsin!
Sizə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəsrsdən hazırladığımız video carxı təqdim edirik.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Heydər Əliyevin anım gününə həsr olunmuş dərs