Azərbaycan xalqı Fəxri Xiyabana axın etdi

Səhər saatlarından on minlərlə insan Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmək üçün fəxri xiyabana üz tutub.

İctimaixeber.com bildirir ki, Ulu öndərin məzarını ziyarət edənlər ona ehtiramlarını bildiriblər. Səhər saatlarından Fəxri Xiyaban insan axınına uğradı...

Ulu öndərin anım mərasiminə ictimaiyyətin bütün təbəqələrindən olan insanlar qatıldı.

Dövlət qurumlarının işçiləri eləcə də müxtəlif təşkilatların nümayəndələri ulu öndərin abidəsi önünə gül dəstələri qoydular.Fəxri xiyabanda yaşanan bu izdiham xalqın öz böyük oğluna tükənməz məhəbbətini və ehtiramını nümayiş etdirir.

Ulu öndərin abidə kompleksini önünə gül dəstələri qoyaraq Onun xatirəsini hörmətlə anıblar.

Polis əməkdaşları isə insanların təhlükəsiz hərəkətini təmin etmək üçün gücləndirilmiş iş rejimində çalışıblar. Fəxri Xiyabanın yaxınlığında yollar bağlanıb və polis postları qurularaq vətəndaşların asan və sürətli keçidi təmin olunub.