DİQQƏT! “Gənclik” stansiyası 00:30-a qədər işləyəcək

"Qarabağ" futbol klubu bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək
İctimaixeber.com bildirir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, qarşılaşmanı arenadan canlı izləyəcək azarkeşlər 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.
“Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşacaq.