Tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verliş

Tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 14 dekabr tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.

Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126, 127, 128, 133 və 134-cü maddələrini əhatə edən “Qəsdən sağlamlığa yüngül, az ağır və ağır zərər vurma, həmçinin əzab vermə və öldürməklə və ya sağlamlığa ağır zərə vurmaqla hədələmə” mövzusu təhlil ediləcəkdir.
Azərbaycan Respublikası və digər dövlətlərin qanunvericiliyində mövzu ilə bağlı normativ hüquqi aktların izahı, habelə mövzudan kənar istənilən digər hüquqi məsələnin həlli üçün dəyərli oxucularımız və tamaşaçılarımız verlişimizə suallar ünvanlaya bilərlər. Müvafiq sahənin mötəbər ekspertləri və hüquqşünaslar sizin suallarınızı cavablandıracaqlar.

Bu dəfəki verlişimizin qonaqları:
1. Hacı Qəni Camalzadə – Yazıçı.
2. Yeganə Telmanqızı – Ictimaixeber.com portalının xüsusi müxbiri.
3. Əjdər Cavadov – Ailə məsələləri üzrə ekspert.
4. Sədaqət Paşayeva – Hüquq müdafiəçisi.
5. Gülşən Rüstəmova – Ailə psixoloqu.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”