AİBƏİB - nin fəaliyyəti çoxlarına nümunədir

AİBƏİB - nin fəaliyyəti çoxlarına nümunədir

Azərbaycan İraq Mədəni Əlaqələr içtimai birliyinin sədri Tahirə xanım Məmmədova təşkilatın Xaçmaz rayonu üzrə təmsilçı Ramazan Süleymanova " Qarabağ dünən və bu gün" adlı kitabın rus və ingilis dilində çap olunmuş bir nüsxəsini və Həkəri qəzetini təqdim etdi. Sədr kitab haqda geniş və ətraflı məlumat verdi.
Onu da bildirim ki, Tahirə Məmmədova əslən Şuşa şəhərindəndir.Ziyalı, vətənpərvər bir ailədə doğulub.Ali təhsilli muəllimədir. Uzun illər orta və ali məktəblərdə muəllimə işləyib. Dövlətə, dövlətçiliyimizə sədaqətli olmaqla yanaşı , ermənilərin iç üzünü , onların məkirli alçaq, işğalçı olduğunu faktlarla qələmə alıb.. Çıxışlarını həyacansız dinləmək olmur. Kövrək qəlbə malik olan Tahirə xanım Şuşa həsrətini qəlbində yasadır.
Dünya sülh səfiridir. Dəfələrlə möhtəşəm layihələrə imza atıb.
Rus, Azərbaycan və Türk dillərini mükəmməl bilir. Dəfələrlə xarici ölkələrdə Azərbaycanı şərəflə təmsil edib. Onun hər çıxışı alqışlarla qarşilanıbdır. Danısığı ,oturusu, xeyirxahlığı , vətənpərvərliyi və insani keyfiyyəti ilə sayılıb seçilən ziyalılarımızdandır.
Tahirə Məmmədovanı qarşıda çox böyük layihələr gözləyir. Turkiyənin Fethiyə rayonunda Qarabağ prospektinin açılışını və qirmizı lenti kəsmək də məhz Tahirə Məmmədovaya həvalə olunubdur. Bu hörməti, nufuzu qazanmaq hər kəsə nəsib olmur.
Süleyman müəllim vətənpərvər çıxışına , uğurlu fəaliyyətinə və dəyərli kitabına görə Tahirə Məmmədovaya öz təşəkkürünü bildirdi.
Ümid edirik ki, Qarabağ həqiqətlərini dünyaya yayan AİMƏİB - nin layihəsi olan bu kitab türk dilinə də tərcümə olunmaqla daha geniş yayımlanacaq, oxucular daha çox məlumatlandirılacaq .
Azərbaycanın haqq səsi eşidiləcək, ermənilərin işğalçıliq siyasəti dünya xalqları tərəfindən lənətlənəcəkdir.

Rauf İlyasoğlu ,
AİBƏİB- nin mətbuat xidməti rəhbəri,
Həkəri qəzetinin baş redaktoru.

AİBƏİB - nin fəaliyyəti  çoxlarına  nümunədir
AİBƏİB - nin fəaliyyəti  çoxlarına  nümunədir
AİBƏİB - nin fəaliyyəti  çoxlarına  nümunədir