Qatarlar Ağstafaya kimi uzadılacaq

“Paytaxt ərzindəki tramvay xətlərini sökməklə Bakıya ziyan vurulub”

İctimaixeber.com xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov mətbuat konfransında deyib.
O, bildirib ki, elektrik qatarlarının Ağstafaya kimi uzadılması planlaşdırılır. Qazaxdan Ağstafaya olan məsafə 15 km olduğundan qazaxlıların həmin stansiyadan istifadə etməsi daha məqsədəuyğundur:
“Qazax da gələcəkdə yenidən açıla bilər, ancaq hələ ki, planda yoxdur. Çünki intensiv deyil və xərcləri var. Stansiya öz xeyrini ödəmədiyi üçün bu məsələ bir qədər çətin olacaq”.