Möhtəşəm tədbir- FOTO

“Mənəvi Birlik günü” adlı tədbir təşkil olundu
20 dekabr 2019-cu il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Bakı şəhəri Babək prospektində yerləşən Venera şadlıq sarayında “Mənəvi Birlik günü” adlı tədbir təşkil olundu. Tədbir Məcburi köçkün uşaqları üçün təşkil olunmuşdu.
Tədbirin təşkilatçıları Peşə Yönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyin sədri İradə Əlili , AMEA əməkdaşi GAŞ üzvü Peşə Yönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin ictima əlaqələr şöbəsinin rəhbəri və eyni zamanda “Sübhan Sosial İctimai Problemlər Həllinə Yardım” İctimai Birliyinin sədri Gülnarə Hüseynova, Sabunçu rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialı və Ə. Paşayev adına Mədəniyyət evi . “Libra kitab” nəşriyyatının redaktoru Nicat Əliyevolmuşdur.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdu.
Tədbirin aparıcısı təşkilatçı produsser Anar Nur tədbiri açıq elan etdikdən sonra tədbirin iştirakçılarına tədbir haqqında məlumat vermiş və qeyd etmişdir ki,
31 dekabr – Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!
31 dekabırı xalqımız,eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi həqiqətən də qürurverici hissdir.
Tədbirin xüsusi qonaqları Atv Azərbaycan kanalının xəbər aparıcısı xanım Lalə Azərtac, Para olimpiya Avropa çempionu Aynur Məmmədova, AMEA- nın Fiziologiya İnstitutunun Həmkarlar İttifaqının sədr müavini Armila xanım və Respublikamızın tanınmış incəsənət nümayəndələri və informasiya dəstəkləri K.İ.V nümayəndələri iştirak etmişlər.
Qonaqlar çıxış etdikdən sonra tədbirə qatılan bayram atributları Şaxta baba və qar qız, eləcə də nağıl qəhrəmanları Panda şousu tədbiri daha da şənləndiriblər. Tədbirə dəvət olunan gənc xanəndə və estirada müğənniləri rəngarəng musiqi nömrələri ifa etmiş və tədbir iştirakçıları xüsusi “Təşəkkürnamə” diplomları ilı təltif olunmuşlar. Tədbirdə uşaqlar şeir söyləyib, mahnı oxuyub, rəqs edib, müxtəlif əyləncəli oyunlar keçiriblər. Qaliblərə Şaxta baba tərəfindən hədiyyələr təqdim olunub. Şən musiqi sədaları altında əylənən uşaqlar tədbirdən razı qaldıqlarını bildiriblər. Tədbirin sonunda son söz tədbirin təşkilatçılarına verilmiş və tədbir möhtəşəm Azərbaycan mahnısı ilə yekunlaşmışdı.
Biz də sonda tədbirin təşkilati dəstəyi təşkilatçı jurnalist Gulya Bədəlovaya K.İ.V nümayəndələrini dəvət etdiyinə görə o cümlədən də möhtəşəm təşkilatçılığa görə xüsusi təşəkkür edirik.

Möhtəşəm tədbir- FOTO
Möhtəşəm tədbir- FOTO

Möhtəşəm tədbir- FOTO
Möhtəşəm tədbir- FOTO
Möhtəşəm tədbir- FOTO
Möhtəşəm tədbir- FOTO
Möhtəşəm tədbir- FOTO
Möhtəşəm tədbir- FOTO
Möhtəşəm tədbir- FOTO
Möhtəşəm tədbir- FOTO
Möhtəşəm tədbir- FOTO

Möhtəşəm tədbir- FOTO