Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi

Vəkil adı qazananlar sırasında “Qanun və İcra” verlişinin aparıçısı, tanınmış hüquqşünas Əkbər Yusifoğlu da var.

İctimaixeber.com xəbər verir ki, bu gün Azərbaycan Respublikası Vəkillər üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vurmuş vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.
Peşəyə buraxılan 73 nəfər vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəkil andı içib, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək, vəkilliyə qəbul olan şəxslərə uğurlar arzu edib.
Xatırladaq ki, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 73 vəkilliyə namizəd Ədliyyə Akademiyasında bir ayadək davam edən icbari təlimdə iştirak edib.
Hər bir namizədi təbrik edirəm!

Yeganə Telmanqızı
“İctimaixeber.com"


Vəkilliyə  namizədlərin andiçmə mərasimi keçirildi