“OLİMPİAÇILAR ARAMIZDA”

İdmanla məşğul olmaq insanda öz gücünə inamı artırır.

“Böyüməkdə olan nəslin və yeniyetmələrin asudə vaxtlarının necə keçirilməsi” adlı lahiyəmizlə bu gündə Sumqayıt şəhərində fəaliyyət göstərən Alüminium idman evinin qonağı idik. Dünya, Avropa, Olimpia arenalarında Azərbaycanı təmsil edən və Azərbaycanı tanıdan bir çox çempionları olan güləşçi idmançılar bu zalda məşq edib böyüyüblər, dünya arenalarında qürurverici bayrağımızı dalgalabndırıb, himnimizi səsləndiriblər. Zalda əsasən güləş idman növünün populyar növlərindən məşqlər keçirilir. İdmançılar tərəfindən çox isti bir abhavayla qarşılandım. Zalda gələcəyin idmançıları məşq edirdi. Bir neçə saat məşqləri izlədim. Zalın soyuq olmasına baxmayaraq məşqıçı müəllimlər “idmanda nəyə qadir olmalısan ki, rəqibə qalib gələsən...” güləşin bütün incəliklərini və güləşə aid fəndləri, idmançı şagirdlərə sevə-sevə keçirdilər.
Zalın Yunan-Roma güləşi idman növündə 150 nəfər idmançı şagirdi var. 10 il məşq müəllimi kimi fəaliyyət göstərən Tələt Əliyev. İki dəfə Avropa çempionatının iştirakçısı 10 il məşq müəllimi kimi fəaliyyət göstərən Cahid Nəcəfov. 2010-cı ildə yeniyetmələr arsında Avropa çempionatının qalibi 3 ilə yaxın idmançı şagirdlərlə məşğul olan Hüseyn Abbasov zalının məşqiçi müəllimləridir. Nəzərinizə çatdıraq ki, Hüseyn Abbasov həm də bu zalın idmançı şagirdlərindən olub. Zalın nailiyyətli olan güləşçi idmançı tələbələri:
5 qat Avropa, 5 qat dünya çempionu, 2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi, 2019 II Avropa oyunlarının gümüş mükafatçısı İslam Abbasov. Murad Məmmədov- Böyüklər arasında dünya, Avropa çempionatının qalibi, 2017 IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı. Nofəl Babayev- Gənclər arasında 2 dəfə Avropa çempionu.
Əliyev Elçin- Böyüklər arasında 2 dəfə Avropa çempionatının qalibi.
Hüseyn Abbasov – Yeniyetmələr arasında Avropa birinçisi.
Zalın sərbəst güləş müəllimi Samit Əhmədov. Dəfələrlə Respublika çempionu, yeniyetmələr arasında keçirilən yarışların qalibi, böyüklər arasında Dünya üçüncüsüsüdür. Zalın sərbəst güləş növündə 70-ə yaxın idmançı şagirdi var.
Bizdə “İctimaixəbər.com" informasiya portalı olaraq Sumqayıt güləşçilərinə və onları dünyaya tanıdan məşqıçı müəllimlərə bol-bol qalibiyyətlər arzulayırıq. Dünya, Avropa və Olimpia çemponatlarında həmişə uğurlar qazanasız. Azərbaycanın qürurlu bayrağını dalğalandırıb himnin səsləndirəsiniz və daima yüksəklərdə olasınız.
Müəllifdən: Əziz oxuçu zala daxil olandadivardan asılan çoxda böyük olmayan bir lövhə diqqətimi cəlb etdi. “Olimpiaçılar aramızda” Və ona görə də qərara gəldim ki, yazdığım matrealı məhz bu tablodakı sözlərlə başlayım. Iki sözdən ibarət ola bu fikir nə qədər doğru və realdır. Bəli Olimpia çempionları məhz bu zallarda böyüyür.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

“OLİMPİAÇILAR ARAMIZDA”
“OLİMPİAÇILAR ARAMIZDA”
“OLİMPİAÇILAR ARAMIZDA”
“OLİMPİAÇILAR ARAMIZDA”