Sərhədləri birləşdirən körpü

Cari ilin dekabrın 24-də Azərbaycan və Rusiya arasındakı dövlət sərhədində yerləşən SDK buraxılış məntəqəsində Samur çayının üzərindən körpünün təntənəli açılış mərasimi baş tutub.

Tədbirdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafatev, Dağıstanın rəhbəri Vladimir Vasilyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və Qusar rayonunun icra başçısı Şair Alxasov iştirak ediblər.

Öz çıxışında Ş.Mustafayev yeni körpünün əhəmiyyətini vurğulayıb.

“Bu avtomobil körpüsü Azərbaycan və Rusiya arasında əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır. Bu körpü xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və ticari dövriyyənin artırılmasına töhfə verəcək. Həmçinin bu körpü Şimal-Cənub layihəsinin mühüm hissəsidir. Bundan əlavə, Azərbaycan tikintisi yaxın zamanlarda bitəcək yeni Bakı-Rusiya sərhədi yolunu inşa edir”, - deyə Ş.Mustafayev qeyd edib.

Körpü ilə bağlı layihə 2013-cü ilin avqust ayında Azərbaycan və Rusiya hökumətləri arasında imzalanmış saziş çərçivəsində həyata keçirilir. Ş.Mustafayevin sözlərinə görə, ötən ilin 11 ayı ərzində Şimal-Cənub marşrutu ilə yükdaşımaların həcmi 60, Şərq-Qərb marşrutu ilə isə - 53% artıb.

Öz növbəsində, M.Oreşkin Azərbaycanla ticari dövriyyənin artması templərinin bu il 25% təşkil etdiyini qeyd edib.

“Başqa heç bir ölkə ilə bizim bu cür artım templərimiz yoxdur”, - Oreşkin vurğulayıb.

Yeni körpü 1953-57-ci illərdə inşa edilmiş və elə 1957-ci ildə Samur su qovşağının tərkibində istifadəyə verilmiş köhnə körpünü əvəz edəcək, həmçinin hərəkət tıxaclarını azaldacaq. Yeni körpü istifadəyə verildikdən sonra köhnəsi hərəkət üçün bağlanacaq və müasir norm və tələblərə cavab vermədiyi üçün yalnız su qovşağının ekspluatasiyası üçün xidməti körpü qismində fəaliyyət göstərəcək.

Rusiya və Azərbaycanın tikinti şirkətləri arasındakı yüksək rəqabətə baxmayaraq, tikintinin icraatı Azərbaycanın “EVRASCON” adlı Avro-Asiya Tikinti Korporasiyasına həvalə edilib, Samur çayı üzərində avtomobil körpüsünün layihə qərarları isə “İnstitutHidroTransProekt” QSC tərəfindən işlənilib.

Samur körpüsü üzərindən inşa edilən körpü 5 arakəsməli, kəsilməyən, monolit öncədən dartılan konstruksiyadan ibarətdir.

- Körpünün sxemi - 54+3х69+54 m.

- Körpünün ümumi uzunluğu 325,3 metrdir.

- II kateqoriyaya aid avtomobil yolunda nəqliyyatın 2-zolaqlı hərəkəti üçün nəzərdə tutulmuş körpünün qabariti Q-11,5 m.v bərabərdir.

- Körpünün ümumi genişliyi B=17,3 m.

- Körpü R=600 m radiuslu əyri xətt üzərində yerləşib.

- Körpü keçidinin uzunluğu yanaşmaları ilə birgə812,84 m.

Obyektin istifadəyə verilməsi Azərbaycan və Rusiya arasında qarşılıqlı çatdırılmaların genişləndirilməsi potensialını artırmağa imkan verəcək. Bilirsiniz ki, bizim ticari dövriyyəmiz və nəticə etibarı ilə yükdaşınmalarımız artır.

Azərbaycan hökumətinin məlumatına əsasən, ötən il iki ölkə arasında ticari dövriyyənin həcmi 2,5 milyard dollar oldusa, yola saldığımız ilin nəticələrinə görə 3 milyard da təşkil edə bilər. Bir çayın fərqli sahillərində yaşayan insanların bir araya gəlməsinin təmin edilməsi, həm yerli camaat, həm də iqtisadi əməkdaşlıq baxımından böyük hadisədir.

Sərhədləri birləşdirən körpü