Nazir: “Yüksəliş”in məqsədi yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır

“Yüksəliş” müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərinin ortaya çıxarılmasıdır.

“İctimaixeber.com” bildirir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu layihə insanların qarşısında yeni imkanlar açacaq. Nazir qeyd edib ki, insanlar bu layihə vasitəsilə istədikləri vərdişlərə yiyələnə biləcəklər