Bomj”ların portreti arasında öz qaynının fotosunu görüb şoka düşdü

Sərgidə evsizlərin portretinə baxarkən öz qaynının şəklini görən qadın şoka düşüb. O, yaxın qohumunun başqa şəhərə köçdüyünü düşünürmüş. Hadisə Rusiyada yaşanıb.

Bu barədə “Moskovskiy Komsomoleç” xəbər yayımlayıb.

Bildirilir ki, agentlik sərgi barədə reportajı təqdim etdikdən sonra bir qadın redaksiyaya müraciət edərək, fotolar arasında qaynının şəklini gördüyünü deyib və onun tapılması üçün yardım istəyib.

Fotodakı “bomj” tapılandan sonra məlum olub ki, yaşlı kişinin qardaşı qızı onun Xabarovsk şəhərindəki evini satıb, üç milyon rubldan (82200 AZN) artıq pulunu mənimsəyib, sənədlərini aparıb, bu azmış kimi təqaüdə çıxan Yurinin adına kredit götürüb. Hazırda yaşlı kişinin təqaüdünün yarısı borcun ödənməsinə sərf olunur.