“Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da “Dünya TV”-nin efirində canlı olaraq yayımlanır.
“Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da “Dünya TV”-nin efirində canlı olaraq yayımlanır.
2019-cu ilin son verlişində “Milli Həmrəylik günü, həmçinin milli adət və ənənələrimiz” mövzusu təhlil olundu, , habelə mövzudan kənar istənilən digər hüquqi məsələnin həlli üçün dəyərli oxucularımızın və tamaşaçılarımızın verlişimizə ünvanlandığı sualları müvafiq sahənin mötəbər ekspertləri və hüquqşünasları təhlil olundu və suallarınızı cavablandırdılar.
Dini alim Hacı Surxay Məmmədli verlişimizə Qurani Kərim hədiyyə etdi. Bildiyiniz kimi bu gün Azərbaycanda “Vəkil günü” qeyd edilir və bu bayram münasibəti ilə Sumqayıt Regional vəkil bürosunun direktoru, Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı “Azərbaycan tarixinin ilk vəkilləri” adlı suvineri “Qanun və İcra” verlişinə hədiyyə verdi.
Bu dəfəki verlişimizin qonaqları:
1. Hacı Surxay Məmmədli – Dini alim, professor.
2. Flora Kərimova – Azərbaycan Respublikasının Xalq artisti.
3. Ülviyyə Murtuzova – Ailə məsələləri üzrə ekspert.
4. İlkin Ağazadə - Vəkillər Kollegiyasının üzvü.
5. Nərmin Mustafazadə – Politoloq.
Verlişin informasiya dəstəyi “İctimaixeber.com” və dünyatv.az sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə tam verlişin videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“İctimaixəbər.com”





























