Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Gövhəri - laməkan” adlı sərgi-tədbir keçirildi.
İctimaixeber.com xəbər verir ki, 28 Dekabr Yasamal Rayon Heydər Əliyev Mərkəzində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Gövhəri - laməkan” adlı sərgi-tədbir keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri, layihə rəhbəri və təşkilatçılar Elnurə və Aygün İsgəndərovalar açaraq iştirakçıları salamladılar. Azərbaycan Xalqının çoxəsrlik ənənələrə malik olan bədii, fəlsəfi fikir tarixində dərin iz qoymuş böyük Azərbaycan şairi İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi -əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Şairin irsinin ölkəmizdə tədqiqi və təbliği ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir. Cənab Prezidentimiz İlham Əliyevin 2019-cu ili Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar "Nəsimi ili " elan etməsi Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni -mənəvi dəyərlərin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Bugünkü Nəsimi yaradıcılığına həsr olunmuş "Gövhəri - laməkan adlı sərgi -tədbirimizin ərsəyə gəlməsində verdiyi dəstəyə görə Yasamal Rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Naminə xanım Ömərovaya və Azərbacan Prezidenti yanında QHT-na Dəstək Şurasının üzvü,Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri, politoloq, Emin Həsənliyə dərin təşəkkürlərini bildirdilər. Qeyd edək ki, sərgidə 40 rəssamın 40 işi nümayiş olunurdu. Sonda iştirakçılar diplomlarla təltif olundular.
Yeganə Telmanqızı
“İctimaixeber.com”
























