Zəngilanlı veteran idmançı icra hakimiyyətindən gileyləndi — VİDEO/FOTOLAR

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu Həsən Hüseynov Zəngilan Rayon İcra Hakimiyyətinin ona qarşı biganəliyindən gileylənib.

“Təəssüf edirəm ki, bir dəfə olsun icra hakimiyyətindən mənimlə maraqlanan olmayıb. Türkiyədə keçirilən çempionatda 69 ölkə, 3 minə yaxın idmançı iştirak edirdi. 2016-ci ilin noyabr ayında İtalyada keçirilən dünya çempionatında veteranlar arasında 51 yaşımda dünya çempionu oldum.
İcra hakimiyyətindən zəng edib təbrik edən olmadı. Yarışlarda Azərbaycanın bayrağını qaldırmışam. Mənə qarşı diqqətsizliyi başa düşə bilmirəm. Nəzərə almaq lazımdır ki, ölkədə bu yaşda döyüşən idmançılar çox deyil”.

Qeyd edək ki, cənab Prezident hər il idmançılarla görüşüb onları təbrik edir, gələcək yarışlara motivasiya verir. Ancaq təəssüf ki,bizim icra hakimiyyəti nəticə göstərən idmançıları diqqətdən kənarda qoyur.