Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

sosial sebeke

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 11 yanvar tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.

Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120 – 128-ci maddələrini əhatə edən “Qəsdən və ehtiyatsızlıqdan adam öldürmə” mövzusu təhlil ediləcəkdir. Təəssüflər olsun ki, toylarda, bazarlarda, digər ictimai yerlərdə son zamanlar tez-tez rast gəlinən kütləvi davalar ağır nəticələrə səbəb olur. Bəzən adi bir kəlmə söz, bəzən bir çəpəki baxış bir neçə insanın həyatını, taleyini puç edir. Ən təhlükəlisi də odur ki, bir yaş diapazonunu deyil, bütün yaşlardan olan, hətta 50 yaşdan yuxarı olan insanlar da belə faciənin həm səbəkarları, həm də qurbanları olurlar.
İnsanlarımızı bu mövzuda maarifləndirmək, bədbəxt hadisələrə səbəb olan tendensiyalardan çəkindirmək və mübahisələrin hüquq müstəvisində həllini tamaşaçılarımıza anlatmaq üçün verlişimizə aşağıda sadalanmış hüquqşünasları və mütəxəssisləri dəvət etmişik:
1. Mətanət Ağamirova – Azərbaycan Respublikasının əməkdar jurnalisti və tanınmış teleaparıcı.

2. Yeganə Hacıyeva – Avropa üzrə hüquq məsləhətçisi.

3. Abusəməd Səmədov – Vəkillər Kollegiyasının üzvü, vəkil.

4. Şahin Məmmədov – Tanınmış hüquqşünas-ekspert.

5. Nigar Muradova – Ailə məsələləri üzrə ekspert.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

SON XƏBƏRLƏR