Yaşasaydı bu gün 53 yaşı tamam olurdu.

sosial sebeke

Elmira Zeynalova-ATAMLA FƏXR EDİRƏM !

Bu gün yaşadığım Sumqayıt şəhərində Qarabağ uqrunda canından keçmiş dəyərli oğul Kərəm Əyyub oğlu Zeynalov ailəsinin qonağı oldum. Vətənimizin dəyərli qəhrəman şəhid oğlunu tanıyaq:
1967-ci il 11 yanvar Laçın rayonu Yuxarı Fəracan kəndində Pəri ananın və Əyyub kişinin sadə, zəhmətkeş ailəsində 6-cı övladları dünyaya gəlmişdir. Kərəm Zeynalov kənd orta məktəbində tam orta təhsilini aldıqdan sonra sürücülük kursunu bitirir. Sonra o Rusya Federasiyasının şəhərlərinin birində həqiqi hərbi xidmət keçir. Hərbi xidmətini başa vuran kimi doğulub, böyüdüyü Laçin rayonu Fəracan kəndinə qayıdır. İlk əmək fəaliyyətinə Laçin rayonu Səfiyan sovetliyində yerləşən sovxozda biriqadir vəzifəsindən başlayır. 1990-cı il “20 Yanvar” hadisələri Kərəmə pis təsir edir və o əlinə silah alıb kəndin sərhəd postunu qoruyur. 1991-ci ildə müdafiə qrupu yaranır və Kərəm o qrupa qoşulur və kəşfiyyatçı kimi fəaliyyət göstərir. Şuşanın Turşsu kəndində, Laçın Kəlbəcər rayonlarında döyüş yolu keçmişdir. 1992-ci il 3 avqust… Laçın rayonu uğrunda gedən “Qızartı” döyüşündə yaralanır və 8 yaralı ilə birlikdə Bakı hospitalına gətirilir, beynindən əməliyyat olunur. Həkimlərin səylərinə baxmayaraq yarası dərin olduğundan avqustun 5-də Kərəm Əyyub oğlu Zeynalov şəhidlik zirvəsinə ucalır. Sumqayit Şəhidlər Xiyabanında dəfn olunub.
1990-cı il dekabr ayında Atlas xanımla ailə qurmuşdur və Elmira adlı bir qız övladları dünyaya gəlmişdir.
Şəhidin qızı Elmira xanım Zeynalova atasının Vətəni, xalqı üçün etdiyi şücayətlərə görə fəxr edir:- Mənim atam dövlətçiliyi, xalqı, Vətəni uğrunda şəhidlik zirvəsinə ucalıb. Atam mənim fəxrimdir!
Kərəm Zeynalov Vətənim, xalqım səninlə qürur duyur. Ruhun şad olsun. Nur içində yatasan. Yeni yaşın mübarək şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Yaşasaydı bu gün 53 yaşı tamam olurdu.
Yaşasaydı bu gün 53 yaşı tamam olurdu.
Yaşasaydı bu gün 53 yaşı tamam olurdu.


SON XƏBƏRLƏR