“20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş açıq birincilik keçirildi.

12.01.2020-ci il tarixində Abşeron Olimpiya İdman Kompleksinində “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə açıq birincilik keçirildi.

Turnir Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək açıq elan olundu. Sonra Azərbaycan Dövlət himnin səsləndirildi.
Yarışın təşkilatçısı Mirseyfulla Məmmədov “İctimaixeber.com” informasiya portalının xüsusi müxbirinə öz müsahibəsində bildirdi: - Bu günki yarışımızın əsas məqsədi böyüməkdə olan nəslin 1990-ci il yanvarın 19-dan 20-na keçən gecə Bakı şəhərində törətdilən qanlı hadisənin qurbanlarını və Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi unutmamaqdır. Biz belə yarışları tez-tez keçiririk. Qəhərəmanların xatirəsinə həsr olunmuş yarışlar idmançı şagirdlərimizin qan yaddaşını bir daha möhkəmləndirir.
Azərbaycan cüdosu hər zaman dünya arenalarında öz sözünü demişdir və bu gündə bizim güçlü idmançı şagirdlərimiz və məşqıçı müəllimlərmiz var. Cüdo Azərbaycanda sürətlə inkişaf edən bir idman növüdür. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Gənclər və İdman naziri çənab Azad Rəhimov başda olmaqla cüdo idman növünə xüsusi bir qayğı göstərilir. Bu gün yarışda qalib olan idmançıların hər birini təbrik edirəm. Açıq birincilikdə Sumqayıt, Bakı, Abşeron, Qobustan bölgələri üzrə 4 yaş (2006, 2007, 2008, 2010) qrupunda, 21 çəki dərəcəsində, 12 idman klubunun 210 idmançısı qatılmışdır. Yarış katedlər və yeniyetmələr arasındsa keçirildi.
Xatırladaq ki, yarışın təşkilatçısı Abşeron Olimpiya İdman Kompleksinin cüdo üzrə baş məşqıçısı Mirseyfulla Məmmədov, baş hakimi Azərbaycan Respublikası cüdo üzrə yığma komandanın məşqıçısı İlham Məmmədov idi. Turnirdə 10 hakim iştirak edirdi.
Sonda I-II-III yerləri tutan idmançılar Diplomla və medala mükafatlandırıldı.
Bizdə “İctimaixeber.com” sayıtı olaraq cüdoçularımıza və onların məşqiçi müəllimlərinə uğurlar və qalibiyyətlər arzulayırıq.

Yeganə Telmanqızı
“İctimaixeber.com”